Neftçalalı qazi Tovuzda bıçaqlanaraq qətlə yetirilib.
Belə ki, Neftçala rayon sakini – 1986-cı il təvəllüdlü Nizami Qurbanov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Digər sakin - 1988-ci il təvəllüdlü Ülvi Abdullayev isə yaralanaraq xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs Ağdam rayon sakini, 2002-ci il təvəllüdlü Elnur Sadıqov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, Nizami Qurbanov Neftçala rayonunun Xol Qarabucaq kəndindəndir. Mərhum Tovuzda kirayədə qalırmış. O, 44 günlük Vətən müharibəsində iştirak edərək yaralanıb və göstərdiyi şücaətlərə görə müxtəlif medallarla təltif olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.