top
Cəlilabadda it üstündə başlayan mübahisə bıçaqlanma ilə bitdi
17 fevral 2026, 12:21
- ↺ +

Cəlilabadda it üstündə başlayan mübahisə bıçaqlanma ilə bitdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəlilabad rayonunda qonşular arasında yaranan mübahisə ağır xəsarətlə nəticələnib. 2000-ci il təvəllüdlü Mahir qonşusu Dadaşı (adlar şərtidir) bıçaqladığına görə azadlıqdan məhrum edilib.

Hadisə 18 fevral 2023-cü il tarixdə, axşam saatlarında Cavadxan küçəsində baş verib. Mahir öz itini küçədə boruya bağlayaraq mağazaya gedib. Qayıdanda isə itin ipinin açıldığını və ətrafdakılara hücum etdiyini görüb. O, iti açan naməlum şəxsin ünvanına ucadan nalayiq ifadələr işlədib.

Bu zaman qonşusu Dadaş yaxınlaşaraq söyüşə etiraz edib və ailəsinin həmin sözləri eşitdiyini bildirib. Mahir səhvini etiraf edərək üzr istəsə də, tərəflər arasında mübahisə böyüyüb. Qonşular onları ayırsa da, təxminən yarım saat sonra Dadaş tanışı ilə birlikdə Mahirin olduğu fermaya gəlib və mübahisə yenidən alovlanıb.

Mahir bildirib ki, qarşı tərəfin onu itələyib vurmasından sonra üzərində gəzdirdiyi cib bıçağı ilə Dadaşa bir dəfə qarın, bir dəfə isə ayaq nahiyəsindən zərbə vurub. Zərərçəkmiş xəstəxanaya çatdırılıb, Mahir isə polis əməkdaşlarını gözləyib.

Məhkəmə Mahirin əməlini əvvəlcə xuliqanlıq niyyəti ilə törədilmiş ağır xəsarət kimi qiymətləndirsə də, sonradan Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə – qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edib. O, 3 il müddətinə azadlıqdan məhrum olunub, xuliqanlıq maddəsi üzrə isə bəraət alıb.

Təqsirləndirilən şəxsin müdafiəçisi cəzanın şərti hesab olunması üçün apellyasiya şikayəti versə də, Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

23 oktyabr 2020-ci il: Vətən müharibəsinin 27-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Lənkəranda çay sahili zibilliyə çevrilib

Bütün xəbərlər
Dünən, 17:25

19 yaşlı şəhidimizin ad günüdür

Siyasət
Dünən, 16:58

Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? Təhlükəli yol, kəndlərin dərdi və korrupsiya işi – CENUBLU.AZ-in ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 16:11

Masallıda narkomaniyaya qarşı maarifləndirici aksiya təşkil olunub

Bütün xəbərlər
Dünən, 15:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Salyanda 3 ildir yol problemi həll olunmur: ŞİKAYƏT

Kriminal
Dünən, 14:26

Oğluna hücum etdi, arvadını yaraladı – MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 13:55

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Bütün xəbərlər
Dünən, 13:25

Lənkəranlı Birinci Qarabağ müharibəsi qazisi vəfat edib

Bütün xəbərlər
Dünən, 12:45

Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?

Bütün xəbərlər
Dünən, 12:24

Yardımlıya yeni icra başçısı təyin edilib

Bütün xəbərlər
Dünən, 11:50

Cəlilabadda iki "VAZ" toqquşdu: 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
Dünən, 11:10

Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfə artırılacaq

Mədəniyyət
Dünən, 10:36

Cənub mətbəxinin zinəti – Zeyrən çörəyi

Bütün xəbərlər
Dünən, 10:00

Canəli Əkbərovun xatirəsi yad edilir

Bütün xəbərlər
Dünən, 09:23

Lənkəranlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:05

22 oktyabr 2020-ci il: Vətən müharibəsinin 26-cı günü

İdman
21 oktyabr 2026, 18:00

Nəriman Axundzadə: "Azərbaycana qayıtmağı düşünmürəm"

Bütün xəbərlər
21 oktyabr 2026, 17:00

Vətən müharibəsi şəhidimizin xatirəsi anılır

Kriminal
21 oktyabr 2026, 16:49

Son bir həftədə Azərbaycanda 264 şübhəli şəxs saxlanılıb

Bütün xəbərlər
21 oktyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
21 oktyabr 2026, 15:30

Arvadını odunla döyən astaralı barədə məhkəmə QƏRARI

Bütün xəbərlər
21 oktyabr 2026, 14:55

Samir Məmmədov: 16 yaşdan aşağı şəxslər üçün platformalarda fərdi hesabların yaradılması qadağan ediləcək

Oxşar xəbərlər