top
Biləsuvarda samovar oğurladı: HƏBS OLUNDU
08 iyul 2026, 17:46
- +

Biləsuvarda samovar oğurladı: HƏBS OLUNDU

Biləsuvarda bir neçə yaşayış evindən oğurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə materiallarına əsasən, o, 2025–2026-cı illərdə rayonun Zəhmətabad və Bağbanlar kəndlərində yerləşən fərdi yaşayış evlərinə gecə saatlarında hasardan aşaraq daxil olub. Pəncərələri dəmir parçası ilə açan şəxs evlərdən qızıl-zinət əşyaları, 1100 manat nağd pul, elektrik naqilləri, "BT-2500" markalı kondisioner, samovar, eləcə də yuyucu vasitələr və digər məişət əşyalarını oğurlayıb.

Nəticədə zərərçəkmişlərə ümumilikdə minlərlə manat maddi ziyan dəyib. Oğurlanan əşyalar arasında 585 əyarlı qızıl boyunbağı və üzük də olub.

Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilib. O deyib ki, boşandıqdan sonra maddi vəziyyəti ağırlaşıb, himayəsində iki azyaşlı övladı var, hər ay aliment ödəyir və yalnız günəmuzd fəhlə kimi çalışır. Onun sözlərinə görə, məhz maddi çətinliklər səbəbindən oğurluq edib. Biləsuvarda yaşayan valideynlərini ziyarət edərkən bu cinayətləri törətdiyini də etiraf edib.

Məhkəmə onu təkrar oğurluq və yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etməkdə təqsirli bilərək 2 il 9 ay müddətinə azadlıqdan məhrum edib.

Mənbə: qaynarinfo.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ad günüdür

Bütün xəbərlər
Dünən, 17:50

Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb

Kriminal
Dünən, 17:10

Ağzına telefonla vuran keçmiş arvadını polisə verdi

Bütün xəbərlər
Dünən, 16:30

Bəzi rayonlarda leysan olacaq, temperatur 4-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 15:50

Şəhid Emil Qurbanovun doğum günüdür

Bütün xəbərlər
Dünən, 15:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:30

Universitetlər məzunlara diplomları pulla verir? - Rəsmi cavab

Kriminal
Dünən, 13:50

Yardımlıda dəhşət: Kişi soyuq çaya görə sevgilisini qızdırılmış şişlə dağladı

İqtisadiyyat
Dünən, 13:10

Azərbaycana gələn turistlərin sayı AZALIB

Bütün xəbərlər
Dünən, 12:30

Polis bir gündə axtarışda olan 120 şəxsi saxladı

Bütün xəbərlər
Dünən, 11:50

Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:10

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına YENİ DİREKTOR

Bütün xəbərlər
Dünən, 10:30

Bu gün rezidenturaya qəbul olunanların qeydiyyatı başlayır

Bütün xəbərlər
Dünən, 10:00

Tanınmış pedaqoq Söhbət Ağayev dünyasını dəyişib

Bütün xəbərlər
Dünən, 09:23

Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

Kriminal
24 avqust 2026, 17:30

Həftəsonu 60 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Faydalı
24 avqust 2026, 16:58

Hökumət üzvlərinin sentyabrda keçiriləcək vətəndaş qəbulu CƏDVƏLİ

Bütün xəbərlər
24 avqust 2026, 16:30

Çimərlik mövsümü başlayandan bu günə kimi 53 nəfərin meyiti çıxarılıb - RƏSMİ

Bütün xəbərlər
24 avqust 2026, 15:50

Sabah hava necə olacaq?

Bütün xəbərlər
24 avqust 2026, 15:10

Ötən həftə 682 yanğın baş verib

Bütün xəbərlər
24 avqust 2026, 14:30

Sabirabadda müəllim vəfat etdi

Kriminal
24 avqust 2026, 13:53

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb

Bütün xəbərlər
24 avqust 2026, 13:20

Oqtay Əmənullayevə yeni vəzifə

Bütün xəbərlər
24 avqust 2026, 12:50

İmişlidə toy yasa döndü - 25 yaşlı oğlan öldü

Oxşar xəbərlər