top
15 yaşlı qızla TikTokda başlayan əlaqə: Cəlilabadda səs-küylü məhkəmə işi
03 iyun 2026, 17:50
- ↺ +

15 yaşlı qızla "TikTok"da başlayan əlaqə: Cəlilabadda səs-küylü məhkəmə işi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəlilabadda "TikTok"da tanış olduğu 15 yaşlı qızla cinsi münasibətdə olan kişiyə 1 il həbs verilib.

Cenublu.az xəbər verir ki, hadisə rayonun Göytəpə kəndində baş verib.

Məhkəmədə ifadə verən təqsirləndirilən Elçin (ad şərtidir) bildirib ki, 2025-ci ilin sentyabr ayında 2010-cu il təvəllüdlü zərərçəkmiş Sevda (ad şərtidir) "TikTok" vasitəsilə ona yazaraq tanış olmaq istədiyini deyib. Bir müddət sosial şəbəkədə yazışıblar. Onun sözlərinə görə, oktyabrın əvvəlində Sevda özü onunla görüşmək istədiyini bildirib. Onlar bir neçə dəfə Elçinin kirayələdiyi evdə görüşüb, cinsi münasibətdə olublar.

Elçin bildirib ki, sonradan Sevdanın anası onunla əlaqə saxlayaraq qızının adının çıxdığını və ona sahiblənməli olduğunu deyib. Bundan sonra o, Cəlilabadın Uzuntəpə kəndində kirayə ev tutaraq Sevdanı həmin evə aparıb. Orada birlikdə qaldıqları müddətdə aralarında yenidən cinsi münasibət yaranıb. O, məhkəmədə törətdiyi əmələ görə peşman olduğunu bildirib.

Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində bildirib ki, 2025-ci ilin sentyabr ayında sosial şəbəkə vasitəsilə təqsirləndirilən şəxsə özü yazıb və tanış olmaq istədiyini deyib. O qeyd edib ki, həmin ilin oktyabrın 9-da Elçinin çağırışı ilə onun avtomobilinə əyləşərək Cəlilabad rayonunun Uzuntəpə kəndində kirayə tutulmuş evə gedib. Burada təqsirləndirilən şəxs ona artıq onun ailəsi olduğunu bildirib və bir müddət sonra aralarında cinsi münasibət baş verib. Bir neçə gün birlikdə qaldıqdan sonra zərərçəkmiş şəxs evə qayıdıb və baş verənlər barədə anasına məlumat verib. Daha sonra Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib. Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Cəlilabad Rayon Məhkəməsinin hökmünə əsasən, Elçin Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:38

Salyanda kişini cərəyan vurub öldürdü

Bütün xəbərlər
Bu gün, 00:05

23 oktyabr 2020-ci il: Vətən müharibəsinin 27-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Lənkəranda çay sahili zibilliyə çevrilib

Bütün xəbərlər
Dünən, 17:25

19 yaşlı şəhidimizin ad günüdür

Siyasət
Dünən, 16:58

Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? Təhlükəli yol, kəndlərin dərdi və korrupsiya işi – CENUBLU.AZ-in ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 16:11

Masallıda narkomaniyaya qarşı maarifləndirici aksiya təşkil olunub

Bütün xəbərlər
Dünən, 15:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Salyanda 3 ildir yol problemi həll olunmur: ŞİKAYƏT

Kriminal
Dünən, 14:26

Oğluna hücum etdi, arvadını yaraladı – MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 13:55

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Bütün xəbərlər
Dünən, 13:25

Lənkəranlı Birinci Qarabağ müharibəsi qazisi vəfat edib

Bütün xəbərlər
Dünən, 12:45

Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?

Bütün xəbərlər
Dünən, 12:24

Yardımlıya yeni icra başçısı təyin edilib

Bütün xəbərlər
Dünən, 11:50

Cəlilabadda iki "VAZ" toqquşdu: 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
Dünən, 11:10

Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfə artırılacaq

Mədəniyyət
Dünən, 10:36

Cənub mətbəxinin zinəti – Zeyrən çörəyi

Bütün xəbərlər
Dünən, 10:00

Canəli Əkbərovun xatirəsi yad edilir

Bütün xəbərlər
Dünən, 09:23

Lənkəranlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:05

22 oktyabr 2020-ci il: Vətən müharibəsinin 26-cı günü

İdman
21 oktyabr 2026, 18:00

Nəriman Axundzadə: "Azərbaycana qayıtmağı düşünmürəm"

Bütün xəbərlər
21 oktyabr 2026, 17:00

Vətən müharibəsi şəhidimizin xatirəsi anılır

Kriminal
21 oktyabr 2026, 16:49

Son bir həftədə Azərbaycanda 264 şübhəli şəxs saxlanılıb

Bütün xəbərlər
21 oktyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
21 oktyabr 2026, 15:30

Arvadını odunla döyən astaralı barədə məhkəmə QƏRARI

Oxşar xəbərlər