Masallıdan olan güləşçi Ruzanna Məmmədova Dünya Olimpiya Təsnifat turnirində iştirak edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 may tarixində verir.
Bu gün, 9 may tarixində Türkiyənin İstanbul şəhərində Paris–2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan son yarışın püşkatma mərasimi keçirilib.
Turnirin təsnifat mərhələsində Ruzanna Məmmədova 62 kq çəki üzrə Latviyadan olan Anastasiya Qriqoryeva ilə üz-üzə gələcək.
Qeyd edək ki, yarış mayın 12-dək davam edəcək.