“Qarabağ” “Xəzər Lənkəran”ın yetirməsi Nəriman Axundzadə ilə müqaviləni daha 4 illiyə uzadıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 may tarixində Qafqazinfo-ya istinadən verir.
Xatırladaq ki, 20 yaşlı futbolçu 2022-ci ildən “Qarabağ”ın əsas komandasının üzvüdür. O, bu mövsüm 43 matçda meydana çıxıb, 15 qol vurub və 1 qolun ötürməsini verib.