Masallıdan olan MMA döyüşçüsü Tahir Abdullayev “UAE Warriors” təşkilatında çempion olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyun tarixində verir.
Yarış Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilib. İdmançımız yarışda Rusiya təmsilçisi Şahban Alxasovla üz-üzə gəlib. T.Abdullayev ikinci raundda texniki nokautla qələbə qazanıb.
Qeyd edək ki, Tahir Hikmət oğlu Abdullayev 2 fevral 1997-ci ildə Masallı rayonunun Xallıcalı kəndində anadan olub.