Bakıda cüdo üzrə Azərbaycan çempionatı keçirilir.
Cenublu.az-a Masallı rayon UGİM-in Cüdo idman bölməsinin baş məşqçisi Xanağa Quliyev bildirib ki, 60 kq çəki üzrə Həsən Musayev (2008) mübarizə aparır.
Qeyd edək ki, böyüklər arasında cüdo üzrə Azərbaycan çempionatı Bakı İdman Sarayında təşkil olunub və dekabrın 1-dək davam edəcək. Yarışda kişi və qadınlar 60, 66, 73, 81, 90, 100 və +100 kq çəki dərəcələrində mübarizə aparırlar.