Masallıda uşaqlar arasında yunan-Roma güləşi üzrə rayon turniri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 may tarixində verir.
Ulu öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş yarışda 70 nəfərə yaxın idmançı iştirak edib.
Qalib gələn idmançılara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.