Masallıda 28 May - Müstəqillik Gününə həsr olunmuş minifutbol idman növü üzrə rayon turniri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 may tarixində verir.
Masallı Olimpiya Kompleksində baş tutan turnir 2010-2011-ci il təvəllüdlü uşaqlar arasında keçirilib. Burada 6 rayon komandasında 60 nəfər idmançı iştirak edib. Yarışda Astara rayon komandası birinci, Cəlilabad rayon komandası ikinci, Masallı rayon komandası üçüncü yerə layiq görülüb.
Turnirdə l, II və lll yerləri tutan komandalar may ayının 23-də Spartakiadanın açılış mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok, medal və diplomları ilə təltif olunacaqlar.