Masallı Olimpiya Kompleksində Zəfər Günü ilə əlaqədar məktəbli qızlar arasında atletika üzrə rayon turniri baş tutub.
Cenublu.az xəbər verir ki, yarış Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib. Burada 4 məktəb komandasını təmsil edən 18 nəfər idmançı mübarizə aparıb.
100 metr məsafəyə qaçış üzrə keçirilən turnirdə I yeri Mədinə Nurullayeva, II yeri Züleyxa Əbilova, III yeri isə İradə İsrafilova qazanıb.
Qaliblər diplom və medallarla təltif olunublar.