Masallıda 28 May – Müstəqillik Gününə həsr olunmuş sərbəst güləş idman növü üzrə region turniri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 may tarixində verir.
Lənkəran–Astara regionu üzrə Spartakiada çərçivəsində keçirilən yarış Olimpiya Kompleksində baş tutub. Burada 13-15 yaş arasında 80 nəfər idmançı iştirak edib.
Sonda Cəlilabad rayon komandası 1-ci, Lənkəran rayon komandası 2-ci, Masallı rayon komandası 3-cü yeri tutub. Onlara medal və diplomlar təqdim edilib.
Turnir Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunub.