Masallıda cüdo idman növü üzrə Lənkəran–Astara region turniri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 aprel tarixində verir.
Aprel şəhidlərinə həsr olunmuş yarış Olimpiya Kompleksində baş tutub. Burada Lənkəran və Masallı rayonlarından 78 nəfər uşaq və yeniyetmə öz güclərini sınayıb.
Mükafatlandırılma mərasimində Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları və şəhid ailələri iştirak ediblər. Şəhid valideynləri çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlıqlarını bildiriblər.
Sonda qalib gələn idmançılar Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edilib.