Masallıda boks üzrə UGİM-in turniri baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 mart tarixində verir.
Yarış Regional Boks Mərkəzində keçirilib. Burada 35 nəfərə yaxın idmançı iştirak edib.
Yekunda l, II və lll yeri tutan idmançılar diplom və medallarla təltif olunublar.
Uşaq və yeniyetmələr arasında keçirilən turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilib.