Masallıda yeniyetmə və gənclər arasında boks idman növü üzrə rayon turniri baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 aprel tarixində verir.
Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş turnirdə 60 nəfər idmançı iştirak edib. Qalib gələn idmançılara diplomlar təqdim edilib.
Yarış Masallı Regional Boks Mərkəzində Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.