Lənkəran rayonu İ.Mahmudov adına Liman şəhər 1 nömrəli tam orta məktəbinin 5-ci sinif şagirdi Ümid Rüstəmov kikboksinq idman növü üzrə turnirdə uğur qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 may tarixində verir.
Belə ki, 33 kq çəki dərəcəsində mübarizə aparan Ümid Rüstəmov 1-ci yerə layiq görülüb. O, diplom və qızıl medalla təltif olunub.
Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş yarış Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.