top
“Lənkəran”dakı amerikalı: “Etdiyim səhvlərin çoxunu gördüm”
25 oktyabr 2024, 07:45
- ↺ +

“Lənkəran”dakı amerikalı: “Etdiyim səhvlərin çoxunu gördüm”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Məğlubiyyət səhvlərimizi anlamaq və bunları məşqlərdə düzəltmək imkanı verdi".

Sportinfo.az xəbər verir ki, bunu "Lənkəran"ın oyunçusu Maykl Rocers "Gəncə"yə 75:90 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının I turunun oyunu ilə bağlı danışarkən deyib.

ABŞ-dən olan basketbolçu qarşılaşmaya lazımınca fokuslana bilmədiklərini bildirib:

“Məşqlərdə müzakirə etdiyimiz oyun planını icra etməkdə çətinlik çəkdik. Peşəkar səviyyədə səhvlər isə bağışlanmır. Tam potensialımızı ortaya qoymaq üçün bir çox fürsəti qaçırdıq. İlk matçımız olduğu üçün bu anlaşılandır. Qarşıdakı matçlarda intizam və köklənmə səviyyəmiz artacaq".

Rocers “Gəncə”yə qarşı matçda 15 xal, 4 ribaund və 4 assistlə komandasının ən məhsuldar ikinci basketbolçusu olub. O bildirib ki, ilk turdakı matçda çıxışından tam razı qalmayıb:

“Məncə, “Gəncə”yə qarşı görüşdə pis oynamadım. Amma daha çox kömək edə biləcəyim bir çox şey var idi. Məşqçimlə oyunun videosuna baxdıqdan sonra etdiyim səhvlərin çoxunu gördüm və növbəti matçda bunları düzəltmək üçün daha çox çalışacağam. “Sumqayıt”a qarşı daha yaxşı oynayacağıma inanıram”.

O, bu gün “Sumqayıt”a qarşı keçirəcəkləri II turun görüşü haqqında da fikir bildirib:

“Hər oyun böyümək və inkişaf etmək üçün bir şansdır. Məğlubiyyət səhvlərimizi anlamaq və bunları məşqlərdə düzəltmək imkanı verdi. “Sumqayıt”a qarşı matç digər bütün oyunlar kimi tapşırıqları düzgün icra edəcəyimiz təqdirdə mütləq qazanıla biləcək bir görüşdür. Bütün komanda yoldaşlarıma və məşqçilərimə inanıram. Əminəm ki, düzgün fokus və köklənmə ilə hər bir kluba qalib gələ bilərik. Bu matçda da bunu etməyə çalışacağıq. Həqiqətən həyəcanlıyam. Onlar da ilk qarşılaşmada məğlub olublar. Bu səbəbdən bizim kimi özlərini sübut etmək istəyəcəklər. Bu da gərgin oyuna səbəb olacaq”.

“Sumqayıt” – “Lənkəran” matçı bu gün saat 20:00-da start götürəcək.

Son xəbərlər

Siyasət
Bu gün, 00:01

1 noyabr 2020-ci il: Vətən müharibəsinin 36-cı günü

Bütün xəbərlər
Dünən, 17:30

Sürücülərin nəzərinə - Görünüş məsafəsi məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 16:40

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Bütün xəbərlər
Dünən, 15:50

Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir

Bütün xəbərlər
Dünən, 15:10

Lənkəranda fermerlərə ağır zərbə: məhsul itkisi 90 faizə çatıb - VİDEO

Kriminal
Dünən, 14:35

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:00

Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR

Bütün xəbərlər
Dünən, 13:20

Noyabrın ilk günü hava necə olacaq?

Kriminal
Dünən, 12:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 12:10

Lerikli şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 11:35

Dünən axtarışda olan 129 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:00

Cənubda FAKTİKİ HAVA

Kriminal
Dünən, 10:25

Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu

İqtisadiyyat
Dünən, 09:50

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

Bütün xəbərlər
Dünən, 09:17

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

31 oktyabr 2020-ci il: Vətən müharibəsinin 35-ci günü

Bütün xəbərlər
30 oktyabr 2026, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
30 oktyabr 2026, 16:55

Lənkəran-Astara Regional Təhsil İdarəsində vakant vəzifələr üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
30 oktyabr 2026, 16:20

Sabah hava necə olacaq?

Kriminal
30 oktyabr 2026, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
30 oktyabr 2026, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
30 oktyabr 2026, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
30 oktyabr 2026, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Kriminal
30 oktyabr 2026, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Oxşar xəbərlər