Lənkəranda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümumdünya Velosiped Günü münasibətilə veloyürüş təşkil olunub.
Cenublu.az xəbər verir ki, veloyürüş Həzi Aslanov Parkından start götürərək Heydər Əliyev prospekti boyunca Bayraq meydanına qədər 5,5 km-lik məsafəni əhatə edib.
Veloyürüşdə idarə, müəssisə və təşkilatların nümayəndələri, idman ictimaiyyətinin nümayəndələri, ümumtəhsil məktəblərinin şagirdləri, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Lənkəran şəhər UGİM-in müəllim və idmançıları, könüllü gənclər və şəhər sakinləri olmaqla ümumilikdə 100 nəfər iştirak edib.
Sonda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən iştirakçılara sertifikatlar təqdim edilib.