Lənkəran Olimpiya İdman Kompleksində “Üzməyi öyrənək” layihəsinin IV mərhələsinin yekununda üzgüçülük yarışı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 may tarixində verir.
Üzgüçülük məşğələlərinə orta məktəblərin 1-5-ci sinif şagirdləri cəlb ediliblər. Layihənin əsas məqsədi uşaqlara üzməyi öyrətməklə onların sağlamlığını təmin etmək, bu idman növünün təbliği və inkişafına nail olmaqdır.
Qeyd edək ki, layihəyə bu ilin aprel ayında start verilib.