Lənkəranda yeniyetmələr arasında minifutbol idman növü üzrə rayondaxili turnir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 may tarixində verir.
Ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdən təşkil olunmuş komandalar arasında keçirilən yarışda 8 komanda qələbə uğrunda mübarizə aparıb.
Turnirin nəticələrinə əsasən, M.Həsənov adına Şilavar kənd məktəbinin komandası I yerə, 10 nömrəli məktəbin komandası isə II yerə layiq görülüb.
Layihə Təhsil Sektorunun təşkilatçılığı ilə reallaşıb.