Lənkəran Olimpiya İdman Kompleksində boks üzrə kadetlər arasında cənub zona birinciliyinin açılış mərasimi baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 aprel tarixində verir.
Yarışa Lənkəran, Astara, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, İmişli və Beyləqan komandaları qatılıblar.
Turnir 17 aprel tarixinədək davam edəcək. Burada 87-dək boksçu 17 çəki dərəcəsində qalibləri müəyyənləşdirəcək.