Lənkəranda qızlar və oğlanlar arasında basketbol idman növü üzrə master-klas baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 may tarixində verir.
Ustad dərsi Olimpiya İdman Kompleksində təşkil edilib. Burada 20 nəfər uşaq, yeniyetmə və gənc iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd basketbol idman növünə marağın artırılması, asudə vaxtın səmərəli təşkili və sağlam həyat tərzinin təbliğidir.
Master-klas Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.