Lənkəranda basketbol üzrə Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) rayon turniri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 iyun tarixində verir.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar təşkil olunan yarış “Sağlam məhəllə” idman zonasında baş tutub. Turnirdə 2013-2014-cü illər təvəllüdlü 30 basketbolçu 5 komandanın tərkibində iştirak edib.
Qaliblər diplomlarla təltif olunublar.