Yunan-Roma güləşi üzrə U-15 Azərbaycan çempionatında Lənkəran–Astara regionunun idmançıları medallar qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 mart tarixində verir.
Şağan Olimpiya Kompleksində keçirilən çempionatda Lənkərandan olan Yusif Mirzəyev (38 kq) və Hüseyn Rəcəbli (44 kq) qızıl medal, Murad Həsənov (48 kq) gümüş medal, Cəlilabaddan olan İsmayıl Şahmarov, həmçinin qızıl medal qazanıblar.
Qeyd edək ki, idmançılarımızın məşqçi-müəllimləri Alı Ağayev, Elçin Həsənov və Hətəm Məmmədovdur.