Yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatında idmançılarımız yüksək nəticələr əldə ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 aprel tarxində verir.
Belə ki, FHN İdman-Sağlamlıq Klubunda keçirilən çempionatda 10 çəki üzrə 332 yunan-Roma güləşçisi mübarizə aparıb.
Yarışmada:
- 48 kq çəki dərəcəsində mübarizə aparan Əmrah Əmrahov (Masallı) və 80 kq çəki dərəcəsində mübarizə aparan Orxan Hacıyev (Lənkəran, Spartak) I yerə;
- 45 kq çəki dərəcəsində mübarizə aparan Elmin Abbasov (Masallı) və 51 kq çəki dərəcəsində mübarizə aparan Abbas Məhərrəmov (Lerik) III yerə layiq görülüblər.
Qeyd edək ki, idmançılarımızın məşqçi-müəllimləri Qismət Əkbərov, Hökümulla Qasımov və Elşad İskəndərovdur.