Dekabrın 18-də Azərbaycanda müxtəlif yaş qruplarını əhatə edən "Üzgüçülük hamı üçün" yarışına start veriləcək.
Cenublu.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Yarışda 9 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Ümumilikdə 14 yaş kateqoriyası üzrə təşkil olunacaq mübarizədə 10-11 yaşdan başlayaraq 61 və yuxarı yaş qruplarına qədər iştirakçılar yarışacaqlar.
Hər yaş kateqoriyasında ölkə üzrə birinci və ikinci yerləri tutan idmançılar türkdilli dövlətlər arasında keçiriləcək layihənin final mərhələsinə vəsiqə qazanacaqlar.
İştirak etmək istəyənlər noyabrın 30-dək rəsmi qeydiyyat səhifəsi vasitəsilə müraciət edə bilərlər.
Yarışlar dekabrın 18-də saat 10:00-da qeydiyyat səhifəsində göstərilən üzgüçülük hovuzlarında keçiriləcək. İştirakçılar sağlamlıq haqqında arayışı həmin gün saat 08:00-dan 09:00-dək hakimlər heyətinə təqdim etməlidirlər.