Cənub bölgəsində cari həftədə keçiriləcək idman tədbirlərinin cədvəli açıqlanıb.
Cenublu.az Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir ki:
- Dekabrın 18-i saat 11:00-da Astara şəhər Heydər Əliyev Meydanında Gənclərin və idmançıların həmrəylik festivalı;
- Dekabrın 19-u saat 10:00-da Masallı rayonu, Masallı şəhər Heydər Əliyev adına xatirə parkında Gənclərin və idmançıların həmrəylik festivalı;
- Dekabrın 20-i saat 10:00-da Lerik şəhəri, Heydər Əliyev Meydanında Gənclərin və idmançıların həmrəylik festivalı;
- Dekabrın 20-i saat 10:30-da Yardımlı rayon Köryədi kənd tam orta məktəbində Ümumtəhsil məktəblərin şagirdləri arasında güllə atıcılığı üzrə Yardımlı rayon turniri baş tutacaq.