Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi cari həftədə keçiriləcək tədbirlərin cədvəlini açıqlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyul tarixində verir.
Belə ki:
2 iyul saat 10:00-da Masallı rayonu Ərkivan qəsəbəsində “Sənət və sənətkarlıq” layihəsi çərçivəsində “Yaradıcılıq nümunələri ilə tanışlıq” adlı tədbir;
3 iyul saat 11:00-da Astara Gənclər Evində “İnsan hüquqları” mövzusunda maarifləndirici görüş;
5 iyul Lənkəran şəhərində "Söz Bizdə" layihəsi çərçivəsində “Nədir gənclik?” adlı videosorğu;
5 iyul saat 18:00-da Lənkəran Gənclər Evində “Könlümü Vətənə verdim” adlı ədəbi-bədii gecə təşkil olunacaq.