Cəlilabadda yunan-Roma güləşi üzrə rayon turnirinə yekun vurulub. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 mart tarixində verir.
Novruz bayramına həsr olunmuş yarış Mərkəzi Stadionun güləş zalında baş tutub. Burada 14 çəki dərəcəsi üzrə 78 idmançı gücünü sınayıb.
Qalib gələn idmançılar Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırılıblar.