Cəlilabad Olimpiya İdman Kompleksində üzgüçülük idman növü üzrə rayon turniri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 may tarixində verir.
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş turnirdə 12 üzgüçü mübarizə aparıb.
Qalib idmançılara diplomlar təqdim olunub.
Yarış Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.