Cəlilabad Olimpiya İdman Kompleksində gənclər arasında güllə atıcılığı idman növü üzrə rayon turniri təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 may tarixində verir.
Yarışda ümumtəhsil məktəblərindən 30 nəfər şagird iştirak edib.
Qalib gələn idmançılar diplomlarla mükafatlandırılıblar.
Turnir Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin, Lənkəran–Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.