Cəlilabadda 7 aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə “Sağlam Həyat” layihəsi çərçivəsində boks idman növü üzrə nümunəvi çıxışlar göstərilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 aprel tarixində verir.
Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Seyrangahında keçirilən tədbirdə 70 idmançı iştirak edib.
Tədbirin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği və idmana marağın artırılmasıdır.