Türkiyənin Antalya şəhərində güləş üzrə “Çempionlar” turnirində astaralı güləşçi Ramik Heybətov uğur qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 mart tarixində verir.
Azərbaycan Milli komandasının tərkibində astaralı güləşçi Ramik Heybətov 70 kq çəkidə sərbəst güləş üzrə bürünc medala layiq görülüb.
İdmançının şəxsi məşqçisi Astara Olimpiya İdman Kompleksinin məşqçisi Nizami Axundovdur.