Astarada Müstəqillik Gününə həsr olunmuş həndbol turniri təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 may tarixində verir.
Yarış Ceyhun Babayev adına Astara şəhər 3 nömrəli tam orta məktəbində keçirilib. Burada 6 məktəb komandası iştirak edib.
Sonda 1-ci yerə Səncərədi kənd tam orta məktəbinin, 2-ci yerə M.Ə.Sabir adına Astara şəhər 1 nömrəli tam orta məktəbinin, 3-cü yerə isə Ceyhun Babayev adına Astara şəhər 3 nömrəli tam orta məktəbinin komandaları layiq görülüb.
Qalib komandalar medallar və diplomlarla mükafatlandırılıb.
Turnir Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin, Lənkəran–Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.