top
Yaxın Şərqdə ilk böyrəkköçürmə əməliyyatında iştirak edən həkim Mehman Ağayev
02 mart 2023, 02:00
- ↺ +

Yaxın Şərqdə ilk böyrəkköçürmə əməliyyatında iştirak edən həkim Mehman Ağayev

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mehman Məmmədrəhim oğlu Ağayev 31 avqust 1946-cı ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub.

O, 1962-ci ildə Mahmudavar kənd orta məktəbini, 1968-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Ağayev 1970-ci ilə kimi Sankt-Peterburqda olan Elmi-tədqiqat Neyrocərrahiyyə İnstitutunda təhsil alıb [2].

Mehman Ağayev 1971-ci ildə həkim Mirməmməd Cavadzadənin rəhbərliyi altında Respublika Klinik Uroloji Xəstəxanasında işləməyə başlayıb. O, 1971-ci ildə Yaxın Şərqdə ilk dəfə aparılan böyrəkköçürmə əməliyyatında iştirak edib [1,2].

Həkim 1976-cı ildə Respublika Klinik Uroloji Xəstəxanasında Hemodializ və böyrəkköçürmə şöbəsinin müdiri, həmçinin baş elmi işçi vəzifəsində çalışıb. O, 1983-cü ildən həmin müəssisədə müdir işləyib. Mehman Ağayev 1986-cı ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda nefrologiya kafedrasının professoru vəzifəsinə şeçilib və professor adını alıb. O, 1990-cı ildən Azərbaycan Tibb Universitetində işləyib. Həkim 1993-cü ildə Bakı şəhəri 2 saylı kliniki xəstəxanasında ixtisaslaşdırılmış Nefroloji və 2006-cı ildə Hemodializ şöbələrini açıb və onlara rəhbərlik edib. Mehman Ağayev 1995-ci ildə Şəfa ocağı müəssisəsini yaradıb.

Ağayevə 2010-cu ildə “Əməkdar həkim” fəxri adı verilib. O, 2011-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Nefroloqu seçilib [1].

Mehman Ağayev 175 elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 2 elmi filmin, 1 ixtiranın müəllifidir. O, Ümumdünya Nefroloqlar Cəmiyyətinin, Avropa Uroloqlar Assosiasiyasının, Türkiyə Nefroloji Cəmiyyətinin üzvü olub. Bundan əlavə, həkim bir çox beynəlxalq konqreslərdə iştirak edib [2].

Mehman Ağayev 15 aprel 2021-ci ildə vəfat edib [3].

Ədəbiyyat:


  1. Abdurrəhman Səmədov. Ərkivan salnaməsi. Bakı-2009.

  2. XXI əsr Azərbaycan həkimləri. Bakı-2003.


https://report.az/sehiyye-xeberler/azerbaycanin-kecmis-bas-nefroloqu-vefat-edib/

Son xəbərlər

Cəmiyyət
Bu gün, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Oxşar xəbərlər