top
“Cavahirnameyi-Lənkəran” əsərini qələmə alan Səidəlibəy Kazımbəyoğlu
21 noyabr 2023, 00:50
- +

“Cavahirnameyi-Lənkəran” əsərini qələmə alan Səidəlibəy Kazımbəyoğlu

Səidəlibəy Kazımbəy oğlu Kazımbəyov 1800-cü ildə Lənkəran şəhərində anadan olub. O, tarixçi-etnoqraf və “Fövcül-füsəha” ədəbi məclisinin üzvü idi [1].

21 dekabr 1864-cü ildə Qafqaz və Zaqafqaziya, o cümlədən Bakı quberniya idarəsinin tədris müəssisələri baş inspektoruna Lənkəran ibtidai məktəbi nəzarətçisi tərəfindən raport verilib. Raportda vəfat edən bir müəllimin yerinə Səidəlibəy Kazımbəyovun müəllim təyin olunduğu göstərilir. Bu sənəddə yazılanlara əsasən, məlum olur ki, Kazımbəyov 1864-1872-ci illərdə Lənkəranda müəllimlik edib. O, Lənkəran şəhərində “Üsuli-cədid” məktəbində müəllim işləyib [2].

Kazımbəyov ərəb, fars və rus dillərində bir neçə əsər yazıb [1]. Onlardan ən tanınanı və bu günə qədər çatanı “Cavahirnameyi-Lənkəran”dır. Həmin əsər Kazımbəyov tərəfindən 1869-cu ildə fars dilində yazılıb. Əsərdə talış mahalları, mahalların təbii sərvətləri, iqlimi, adət-ənənələri, görkəmli şəxsiyyətləri haqqında bəhs edilir.

Professor Əli Hüseynzadənin “XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı” kitabında Səidəlibəy Kazımbəyovun 48 vərəqdən ibarət “Cavahirnameyi-Lənkəran” əsəri və müəllif haqqında məlumat verilir. Bundan əlavə, tədqiqatçı-alim Mirhaşım Talışlı Səidəlibəy Kazımbəyovun doğum və vəfat tarixini dəqiqləşdirmişdir [2].

Səidəlibəy Kazımbəyov 1872-ci ildə Lənkəran şəhərində vəfat edib. Hazırda Lənkəran şəhər 6 saylı məktəb onun adını daşıyır. 2012-ci ildə həmin məktəbdə onun xatirə günü keçirilib [1].

Ədəbiyyat:


  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  2. Böyükağa Hüseynbalaoğlu, Mirhaşım Talışlı. Lənkəran. Bakı-1990.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 13:56

Ölkəmizdə hər 6 nəfərdən 1-i siqaret çəkir

Bütün xəbərlər
Bu gün, 13:22

Astarada 18 kq narkotik aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:53

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir

Bütün xəbərlər
Bu gün, 12:24

Keçirilən qabiliyyət imtahanlarının statistikası açıqlandı

Bütün xəbərlər
Bu gün, 11:55

Kasıb ailələrdə uşaq sayı daha çoxdur

Kriminal
Bu gün, 11:26

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Kriminal
Bu gün, 10:58

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 10:25

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır

Bütün xəbərlər
Bu gün, 09:59

Lənkəran Dövlət Dram Teatrının sabiq baş rəssamı vəfat edib

Bütün xəbərlər
Bu gün, 09:18

İmişlidə kişi həyətdə yıxılıb öldü

Cəmiyyət
Dünən, 18:15

Lənkəranda 24 saat işləyən apteklər hansılardır?

Bütün xəbərlər
Dünən, 17:35

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün xəbərlər
Dünən, 17:04

İmişlidə susuzluq həyatı iflic edib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:33

Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Bütün xəbərlər
Dünən, 16:03

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün xəbərlər
Dünən, 15:32

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:01

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

Bütün xəbərlər
Dünən, 14:29

Lənkəranda qəza: 3 nəfər xəsarət alıb - VİDEO

Bütün xəbərlər
Dünən, 13:55

Neftçalalı Xalq rəssamı Sakit Məmmədovun doğum günüdür

Bütün xəbərlər
Dünən, 13:26

Ödənişi yüksək olan özəl bağçaların müsabiqədən keçmək şansı az olacaq - MÜTDA

Kriminal
Dünən, 12:57

Sım şəlaləsində çiməni təhqir etdi, həbs olundu

İqtisadiyyat
Dünən, 12:25

Məşhur şadlıq sarayı 3,5 milyon manata satışa çıxarıldı

Bütün xəbərlər
Dünən, 11:58

DİM taksi sürücüləri üçün imtahan keçirəcək

Bütün xəbərlər
Dünən, 11:30

MİQ-də vakansiya seçimi başladı

Oxşar xəbərlər