Mayın 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Cenublu.az -a verilən məlumata görə, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 23-28° isti, dağlıq ərazilərdə gecə 3-8° isti, gündüz 12-17°, bəzi yerlərdə isə 20-23° isti olacaq.