Mayın 21-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Cenublu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Azərbaycanın rayonlarında səhər saatlarından etibarən qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal edilir. Mayın 21-i axşam saatlarında yağıntıların bəzi yerlərdə daha da güclənəcəyi gözlənilir. Bəzi ərazilərdə arabir duman olacaq. Şərq küləyi gündüz saatlarında bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-27° isti, dağlıq ərazilərdə gecə 5-10° isti, gündüz 15-20° isti, bəzi yerlərdə isə 23° isti olacaq.