SON XƏBƏRLƏR

Cavahirnameyi-Lənkəran əsəri Lənkəran haqqında tarxi-etnoqrafik kitabdır [1]. Əsər 1869-cu ildə “Fövcül-füsəha” (Natiqlər yığıncağı) ədəbi məclisinin üzvü Səidəlibəy Kazımbəyoğlu Lənkərani tərəfindən fars dilində yazılıb.

Kitabda, əsasən, Talış xanlığının iqtisadiyyatı və tarixindən bəhs edilir [2]. Həmçinin bu əsərdə talış sözlərinin mənası izah olunur, ərazinin maddi və mədəniyyət abidələri, görkəmli şəxsiyyətləri, Talış xanlığının səcərəsi, təbiəti haqqında məlumat verilir.

Əsər 48 səhifədən, müqəddimə, altı fəsil və son sözdən ibarətdir.

Kitabın iki nüsxəsi var. Kitabın birinci nüsxəsi ədəbiyyatşünas alim Məmməd Adilovun redaktorluğu ilə tədqiqatçı Rauf Şeyxzamanlının tərcüməsində dərc edilib. İkinci nüsxə isə 1995-ci ildə Lənkəran Dövlət Universitetinin fars dili müəllimi Səfər Şirinovun tərcüməsində və tarixçi Etibar Əhədovun redaktorluğu ilə “Adiloğlu” nəşriyyatında “Səidiyyə” adı ilə tam həcmdə çap edilib.

Kitab Azərbaycan Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu Elmi Şurası tərəfindən tərcümə edilərək 16 fevral 2000-ci ildə yenidən çap olunub.

Hazırda kitabın birinci nüsxəsi Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda, digəri isə Səidəlibəyin nəticəsi Rafiz Kazımovdadır [1].

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. İshaq Səbi oğlu Axundov. Xatirələrimdə yaşayan Lənkəran. Bakı-1989.
Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda