top
Lənkəran sakinləri su çərşənbəsini adət-ənənəni qoruyaraq qeyd edir - VİDEO
25 fevral 2025, 06:00
- ↺ +

Lənkəran sakinləri su çərşənbəsini adət-ənənəni qoruyaraq qeyd edir - VİDEO

Su çərşənbəsi yazın müjdəçisi, Novruzun ilk çərşənbəsi hesab olunur. Su həyatın mənbəyi, aydınlığın və saflığın rəmzi olduğundan, bu çərşənbə də onun müqəddəs mahiyyətini ön plana çıxarır. Xalq arasında "Əvvəl Çərşənbə", "Gözəl Çərşənbə" və "Gül Çərşənbəsi" kimi tanınan bu gün müxtəlif adət və inanclarla müşayiət olunur. Lənkəranda Su Çərşənbəsi xüsusi ənənələrlə qeyd edilir. İnsanlar bulaq və çaylardan su gətirir, suyun üzərindən atılaraq arzularını diləyir və su falına baxırlar. İnanca görə, axar sudan götürülən su saflıq və şəfa mənbəyi, dərdlərə çarə hesab olunur.

Qədim ənənələrə görə, Su çərşənbəsində sübh tezdən qızlar bulaq üstünə gedər, əl-üzlərini yuyar, axar suyun üstündən tullanar, suya ürəklərini açar, evə qayıdarkən isə bardağı və ya kuzəni su ilə doldurub, evə apararlar. Gətirilmiş suyun bir hissəsi bərəkət rəmzi olaraq həyətə tökülər, bir hissəsi isə gələn ilin su çərşənbəsinə kimi evdə saxlanılar. Talışlar bu suya bərəkət suyu deyirlər.

Su çərşənbəsi ilə bağlı unudulmaqda olan adətlərdən biri də budur ki, çərşənbə axşamı qızlar saçından kəsib axan çaya atırmış ki, bütün arzuları çin olsun. Axar çaydan gətirilən suyu quyulara, ağacların dibinə, evlərə səpərmişlər ki, həmin il ruzili-bərəkətli olsun. 

Digər adətlərdən biri də Su çərşənbəsində səhər tezdən axar sudan, bulaqdan, çaydan və ya arxdan "lal su" (dilsiz su) gətirilməsidir. Bu suyu qablara qoyarlar, axşam qızlar toplanar, hər biri öz bəxtı üçün üzüyünü saçına sürtüb suya atar. Üzük qabın kənarına toxunub cingildəyər. İnam və etiqadlara görə, üzük neçə dəfə cingildəsə, o qızın da bəxti o sayda il sonra açılar.

Su çərşənbəsi ilə bağlı çoxlu sayda inanclar, bayatılar, əfsanələr və rəvayətlər var.


Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:35

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Kriminal
Dünən, 17:00

Lerikli 10 uşaq atası tanışını baltaladı — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:15

Külək güclənir - XƏBƏRDARLIQ

Kriminal
Dünən, 15:38

6 nəfər 132 kilo narkotiklə TUTULDU

Bütün xəbərlər
Dünən, 15:00

Cəlilabadda 44 yaşlı qadın evində yandı

Kriminal
Dünən, 14:10

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb

Faydalı
Dünən, 13:35

Cənubda qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
Dünən, 12:40

Sabah hava necə olacaq?

İqtisadiyyat
Dünən, 12:00

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Bütün xəbərlər
Dünən, 11:23

Xəzərdə zəlzələ olub

Kriminal
Dünən, 10:48

Etiraz edən arvadını vurdu: Cərimələndi

Bütün xəbərlər
Dünən, 09:29

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
23 sentyabr 2026, 17:48

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Bütün xəbərlər
23 sentyabr 2026, 16:45

Lənkəranda sahibsiz itlər sakinləri narahat edir

Kriminal
23 sentyabr 2026, 16:10

Falçı xalası tərəfindən döyüldüyünü deyən yeniyetmə MƏHKƏMƏDƏ DANIŞDI

Bütün xəbərlər
23 sentyabr 2026, 15:40

Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib

Kriminal
23 sentyabr 2026, 15:00

Səfərbərlik Xidmətinin həbsdə olan sabiq əməkdaşı azadlığa buraxılıb

Bütün xəbərlər
23 sentyabr 2026, 14:20

Sabah hava necə olacaq?

Bütün xəbərlər
23 sentyabr 2026, 13:40

Şəhid Xalid Kamranlının doğum günüdür

Cəmiyyət
23 sentyabr 2026, 13:03

Cəlilabad sakini ölü döl dünyaya gətirib

Kriminal
23 sentyabr 2026, 12:26

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

Bütün xəbərlər
23 sentyabr 2026, 11:53

Masallı sakini Rusiyada qəfil vəfat etdi

Siyasət
23 sentyabr 2026, 11:30

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Bütün xəbərlər
23 sentyabr 2026, 10:55

Qarabağ müharibəsi şəhidi Rafiq Məmmədovun doğum günüdür

İqtisadiyyat
23 sentyabr 2026, 10:12

Ev şəraitində hazırlanaraq bazara çıxarılan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

Bütün xəbərlər
23 sentyabr 2026, 09:27

Neftçalada kişi evinin həyətində ölü tapıldı

Bütün xəbərlər
22 sentyabr 2026, 17:04

Cəlilabadda sakin tüfəngdən açılan atəş nəticəsində ağır yaralandı

Bütün xəbərlər
22 sentyabr 2026, 16:40

ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb

Oxşar xəbərlər