top
Yardımlıda zəmilər göz görə-görə MƏHV OLUR
14 iyul 2026, 16:30
- ↺ +

Yardımlıda zəmilər göz görə-görə MƏHV OLUR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yardımlıda biçin prosesi ilə bağlı ciddi problem yaranıb. Belə ki, rayonun bir neçə kəndində fermerlər kombayn çatışmazlığından şikayətlənirlər.  

Fermerlərin sözlərinə görə, bu il hava şəraiti əlverişli keçib və məhsuldarlıq yüksək olub. Lakin texnika çatışmazlığı səbəbindən yetişmiş buğda sahələrdə qalır və günbəgün tökülərək yararsız hala düşür.   Onlar bildirirlər ki, əsas problem vaxtında kifayət qədər kombaynın cəlb edilməməsidir:   "Bu il məhsul yaxşıdır. Amma biçməyə kombayn yoxdur. Hər gün tarlaya baxırıq, buğda öz-özünə tökülür. Bu mənzərə rayon idarəçiliyinin acı göstəricisidir".

Fermerlər iddia edirlər ki, biçin mövsümünün vaxtı əvvəldən bəlli olmasına baxmayaraq, Rayon İcra Hakimiyyəti başçısı Ayaz Əsgərov tərəfindən hazırlıq işləri görülməyib:

"Günlərdir müraciət edirik. Amma ortada nəticə yoxdur. Əgər vaxtında əlavə kombaynlar gətirilsəydi, yüzlərlə ton məhsul xilas olunardı. İndi isə kəndlinin bir illik zəhməti hədər gedir.

Ayaz Əsgərovun diqqətinə çatdırmaq istərdik ki, kənd təsərrüfatı hesabatlarda deyil, məhz tarlalarda qiymətləndirilir. Bu gün sahələrdə biçilməmiş qalan buğda sünbülləri idarəetmənin səmərəliliyinə verilən ən sərt qiymətdir. Fermerin əziyyətinin hədər getməsi heç bir statistik göstərici ilə ört-basdır edilə bilməz".

Fermerlər qeyd edirlər ki, yüzlərlə ailə ilin qazancını bu məhsula bağlayıb.

"Belə davam edərsə, kənddən köçün qarşısını almaq barədə deyilənlər sadəcə şüar olaraq qalacaq. Rayon rəhbərliyi vəziyyətə dərhal müdaxilə etməli, əlavə kombaynların cəlb olunmasını təmin etməli, biçin prosesini operativ təşkil etməlidir.
Ayaz müəllim, Yardımlı kəndlisi sizdən bəyanatlar deyil, konkret tədbirlər gözləyir. Bu gün tarlada itirilən hər sünbül, əslində, idarəçilikdə buraxılan bir boşluğun nəticəsidir. Vaxt hələ tam itirilməyib, amma hər keçən gün yüzlərlə kiloqram məhsulun yox olması deməkdir".

Mənbə: Bakupost.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Lənkəranda çay sahili zibilliyə çevrilib

Bütün xəbərlər
Bu gün, 17:25

19 yaşlı şəhidimizin ad günüdür

Siyasət
Bu gün, 16:58

Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? Təhlükəli yol, kəndlərin dərdi və korrupsiya işi – CENUBLU.AZ-in ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 16:11

Masallıda narkomaniyaya qarşı maarifləndirici aksiya təşkil olunub

Bütün xəbərlər
Bu gün, 15:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:00

Salyanda 3 ildir yol problemi həll olunmur: ŞİKAYƏT

Kriminal
Bu gün, 14:26

Oğluna hücum etdi, arvadını yaraladı – MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 13:55

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Bütün xəbərlər
Bu gün, 13:25

Lənkəranlı Birinci Qarabağ müharibəsi qazisi vəfat edib

Bütün xəbərlər
Bu gün, 12:45

Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?

Bütün xəbərlər
Bu gün, 12:24

Yardımlıya yeni icra başçısı təyin edilib

Bütün xəbərlər
Bu gün, 11:50

Cəlilabadda iki "VAZ" toqquşdu: 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
Bu gün, 11:10

Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfə artırılacaq

Mədəniyyət
Bu gün, 10:36

Cənub mətbəxinin zinəti – Zeyrən çörəyi

Bütün xəbərlər
Bu gün, 10:00

Canəli Əkbərovun xatirəsi yad edilir

Bütün xəbərlər
Bu gün, 09:23

Lənkəranlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 00:05

22 oktyabr 2020-ci il: Vətən müharibəsinin 26-cı günü

İdman
Dünən, 18:00

Nəriman Axundzadə: "Azərbaycana qayıtmağı düşünmürəm"

Bütün xəbərlər
Dünən, 17:00

Vətən müharibəsi şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:49

Son bir həftədə Azərbaycanda 264 şübhəli şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:30

Arvadını odunla döyən astaralı barədə məhkəmə QƏRARI

Bütün xəbərlər
Dünən, 14:55

Samir Məmmədov: 16 yaşdan aşağı şəxslər üçün platformalarda fərdi hesabların yaradılması qadağan ediləcək

İqtisadiyyat
Dünən, 14:20

Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi – MƏBLƏĞ

Oxşar xəbərlər