Yardımlı şəhərində yanğın hadisəsi baş verib.
Cenublu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 30 kv.m olan təndirxananın yanar konstruksiyaları yanıb.
Hadisə yerinə qurumun yanğından mühafizə bölmələri cəlb olunublar. Yanğın söndürülüb. Yaxınlıqdakı ev alovdan mühafizə olunub.