top
Vətən müharibəsinin xronikası: 2 noyabr
01 noyabr 2024, 13:01
- ↺ +

Vətən müharibəsinin xronikası: 2 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Cenublu.az 2 noyabr 2020-ci ildə cərəyan edən hadisələrin xronikasını təqdim edir:


  • Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün tviter hesabında bildirib.

  • Döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin xeyli sayda canlı qüvvəsi, on müxtəlif tipli topu, sursatla dolu üç yük maşını və digər avtomobil texnikaları sıradan çıxarılıb.

  • Cəbhənin müxtəlif istiqamətlərində düşmən şəxsi heyət və hərbi texnika baxımından itkilərə məruz qalıb. Səngərlərdə və yeraltı sığınacaqlarda gizlənən işğalçı ordunun canlı qüvvəsi Hərbi Hava Qüvvələrimizin zərbələri ilə məhv edilib. Ermənistanın hərbi qruplaşmalarında silah-sursat, ərzaq və hərbi texnika üçün ehtiyat hissələri çatışmazlığı müşahidə olunur. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində düşmən hücuma cəhd göstərib. Döyüş nəticəsində canlı qüvvə sarıdan itki verən işğalçı ordu Ermənistan ərazisinə çəkilməyə məcbur edilib. Düşmənin Su-25 döyüş təyyarəsi vurulub.

  • Ermənistan silahlı qüvvələrinin dörd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir “KUB” zenit-raket kompleksi, daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərindəki canlı qüvvəsi məhv edilib.

  • Müdafiə Nazirliyi Vətən müharibəsində iştirak edən hərbçilərimizin şücaətləri barədə videoçarx paylaşıb.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:35

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Kriminal
Dünən, 17:00

Lerikli 10 uşaq atası tanışını baltaladı — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:15

Külək güclənir - XƏBƏRDARLIQ

Kriminal
Dünən, 15:38

6 nəfər 132 kilo narkotiklə TUTULDU

Bütün xəbərlər
Dünən, 15:00

Cəlilabadda 44 yaşlı qadın evində yandı

Kriminal
Dünən, 14:10

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb

Faydalı
Dünən, 13:35

Cənubda qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
Dünən, 12:40

Sabah hava necə olacaq?

İqtisadiyyat
Dünən, 12:00

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Bütün xəbərlər
Dünən, 11:23

Xəzərdə zəlzələ olub

Kriminal
Dünən, 10:48

Etiraz edən arvadını vurdu: Cərimələndi

Bütün xəbərlər
Dünən, 09:29

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
23 sentyabr 2026, 17:48

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Bütün xəbərlər
23 sentyabr 2026, 16:45

Lənkəranda sahibsiz itlər sakinləri narahat edir

Kriminal
23 sentyabr 2026, 16:10

Falçı xalası tərəfindən döyüldüyünü deyən yeniyetmə MƏHKƏMƏDƏ DANIŞDI

Bütün xəbərlər
23 sentyabr 2026, 15:40

Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib

Kriminal
23 sentyabr 2026, 15:00

Səfərbərlik Xidmətinin həbsdə olan sabiq əməkdaşı azadlığa buraxılıb

Bütün xəbərlər
23 sentyabr 2026, 14:20

Sabah hava necə olacaq?

Bütün xəbərlər
23 sentyabr 2026, 13:40

Şəhid Xalid Kamranlının doğum günüdür

Cəmiyyət
23 sentyabr 2026, 13:03

Cəlilabad sakini ölü döl dünyaya gətirib

Kriminal
23 sentyabr 2026, 12:26

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

Bütün xəbərlər
23 sentyabr 2026, 11:53

Masallı sakini Rusiyada qəfil vəfat etdi

Siyasət
23 sentyabr 2026, 11:30

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Bütün xəbərlər
23 sentyabr 2026, 10:55

Qarabağ müharibəsi şəhidi Rafiq Məmmədovun doğum günüdür

Oxşar xəbərlər