Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid Elmar İbayevin anım günündə məzarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 oktyabr tarixində verir.
Mərasimdə, həmçinin icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər. Ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb və ruhlarına dualar edilib.
Qeyd edək ki, baş leytenant Elmar İbayev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.