Masallıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Mollaoba kəndində qeydə alınıb.
Belə ki, Masallı sakini Eminağa Həşimov idarə etdiyi VAZ-2101 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yolun kənarındakı həyətin darvazasına çırpılıb.
Qəza nəticəsində sürücü, 43 yaşlı Eminağa Həşimov və avtomobildə olan sərnişin, 33-cü il təvəllüdlü Elvin Həşimov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.