Lerikdə Beynəlxalq Müəllimlər Günü münasibətilə gənc müəllimlər arasında intellektual yarış keçiriləcək.
Cenublu.az xəbər verir ki, "İntellekt klub" layihəsi çərçivəsində təşkil olunacaq "İşıqlı gələcəyin memarları" adlı "Breyn Rinq" 2–5 oktyabr tarixlərində Heydər Əliyev Mərkəzində baş tutacaq.
Yarış müəllimlərdən ibarət komandalar arasında keçiriləcək. İştirak etmək istəyən komandalar 1 oktyabradək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı komandanın adı, kapitanı və üzvlərinin siyahısı təqdim olunmalıdır.
Ətraflı məlumat və qeydiyyat üçün Fidan Zülfiyeva (+994 50 365 85 08) və Bahar Mürsəliyeva (+994 50 486 30 37) ilə əlaqə saxlamaq mümkündür.