top
Salyanda evdə qanunsuz quş kəsimi məntəqəsi aşkarlanıb
25 iyun 2026, 17:47
- ↺ +

Salyanda evdə qanunsuz quş kəsimi məntəqəsi aşkarlanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Salyan şəhərində fərdi yaşayış evində qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkar edilib.

Cenublu.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən fiziki şəxs Babayev Natiq Səmədağa oğluna məxsus fərdi yaşayış sahəsində aparılan yoxlama zamanı kəsimxananın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən olunub.

Yoxlama zamanı quşların qəbulu, saxlanılması və emalı proseslərinin sanitar-gigiyenik tələblərə uyğun təşkil edilmədiyi məlum olub. Həmçinin quşların keyləşdirilməsi, qansızlaşdırılması, təmizlənməsi, içalatının çıxarılması, ətin qablaşdırılması və soyudulması üçün zəruri istehsal sahələrinin yaradılmadığı müəyyən edilib.

Bundan başqa, kəsimə gətirilən quşların mənşəyini təsdiq edən sənədlərin olmadığı, satışa çıxarılan toyuq əti məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, havalandırma və temperatura nəzarət sistemlərinin quraşdırılmadığı, istehsal tullantılarının düzgün idarə olunmadığı və işçilərin xüsusi geyimlə təmin edilmədiyi aşkarlanıb.

Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək laborator müayinələrə göndərilib.

Faktla bağlı məntəqənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

23 oktyabr 2020-ci il: Vətən müharibəsinin 27-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Lənkəranda çay sahili zibilliyə çevrilib

Bütün xəbərlər
Dünən, 17:25

19 yaşlı şəhidimizin ad günüdür

Siyasət
Dünən, 16:58

Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? Təhlükəli yol, kəndlərin dərdi və korrupsiya işi – CENUBLU.AZ-in ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 16:11

Masallıda narkomaniyaya qarşı maarifləndirici aksiya təşkil olunub

Bütün xəbərlər
Dünən, 15:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Salyanda 3 ildir yol problemi həll olunmur: ŞİKAYƏT

Kriminal
Dünən, 14:26

Oğluna hücum etdi, arvadını yaraladı – MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 13:55

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Bütün xəbərlər
Dünən, 13:25

Lənkəranlı Birinci Qarabağ müharibəsi qazisi vəfat edib

Bütün xəbərlər
Dünən, 12:45

Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?

Bütün xəbərlər
Dünən, 12:24

Yardımlıya yeni icra başçısı təyin edilib

Bütün xəbərlər
Dünən, 11:50

Cəlilabadda iki "VAZ" toqquşdu: 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
Dünən, 11:10

Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfə artırılacaq

Mədəniyyət
Dünən, 10:36

Cənub mətbəxinin zinəti – Zeyrən çörəyi

Bütün xəbərlər
Dünən, 10:00

Canəli Əkbərovun xatirəsi yad edilir

Bütün xəbərlər
Dünən, 09:23

Lənkəranlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:05

22 oktyabr 2020-ci il: Vətən müharibəsinin 26-cı günü

İdman
21 oktyabr 2026, 18:00

Nəriman Axundzadə: "Azərbaycana qayıtmağı düşünmürəm"

Bütün xəbərlər
21 oktyabr 2026, 17:00

Vətən müharibəsi şəhidimizin xatirəsi anılır

Kriminal
21 oktyabr 2026, 16:49

Son bir həftədə Azərbaycanda 264 şübhəli şəxs saxlanılıb

Bütün xəbərlər
21 oktyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
21 oktyabr 2026, 15:30

Arvadını odunla döyən astaralı barədə məhkəmə QƏRARI

Bütün xəbərlər
21 oktyabr 2026, 14:55

Samir Məmmədov: 16 yaşdan aşağı şəxslər üçün platformalarda fərdi hesabların yaradılması qadağan ediləcək

Oxşar xəbərlər