Lənkəranda Vətən müharibəsi şəhidi Sənan Ağazadənin məzarına baş çəkilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 oktyabr tarixində verir.
Anım mərasimində Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər. Onlar qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarı önünə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar.
Qeyd edək ki, Sənan Ağazadə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.