Bu gün şəhidimiz Surac Sadıqovun doğum günüdür.
Surac Ədalət oğlu Sadıqov 2001-ci il iyulun 15-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub.
O, Vətən müharibəsində savaşıb və 2020-ci il oktyabrın 10-da düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Oktyabrın 11-də Biləsuvar rayonu Ağalıkənd kənd qəbiristanlığında dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.