Sabirabad rayonunun Yolçubəyli kəndində məktəbdə yanğın baş verib.
Bu barədə Cenublu.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.